Fransa idman yarışlarında hicaba qadağa qoyuldu

19.02.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Fransada idman yarışlarında hicab geymək qadağan olunub.

“Qafqazinfo” “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, qanun layihəsi Fransa parlamentinin yuxarı palatası olan Senatda təsdiqlənib.

Senatda qanun layihəsi 210 lehinə, 81 əleyhinə səslə qəbul olunub.

Müzakirələr zamanı Lüksemburq sarayında bəzi senatorlar arasında gərginlik, fikir ayrılığı və mübahisələr yaşanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью