Fransa ilə oyuna hazırıq Millinin futbolçusu

15.11.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa ilə oyuna hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, seçmə mərhələnin son matçını uğurla başa vurmaq istədiklərini bildirib:

“Çətin oyun olacaq. Kilian Mbappe zədə səbəbindən bizə qarşı oynamasa belə, rəqibin heyətində başqa keyfiyyətli futbolçular var. Azarkeşlərimiz bizi tək qoymayacaq. Onlara indidən təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью