Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Fransa iqtisadiyyatı 2026-cı ilin üçüncü rübündə azalıb. İnvestisiyaların və ixracın geriləməsi ölkənin iqtisadi artım perspektivlərini zəiflədib.
Banco.az xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) yenilənmiş məlumatlarına əsasən, ölkənin ümumi daxili məhsulu (ÜDM) üçüncü rübdə 0,2 faiz azalıb. Əvvəlki hesablamada bu göstərici 0,1 faiz təşkil edirdi.
Mənbədəki məlumatlara görə, ikinci rübdə də iqtisadi azalma qeydə alınıb. Beləliklə, Fransa iqtisadiyyatı ardıcıl iki rübdə kiçilməklə texniki tənəzzülə daxil olub.
İqtisadi geriləmənin əsas səbəbləri arasında investisiyaların və ixracın azalması göstərilir.
İnvestisiyalardakı geriləmə isə daha da dərinləşib: ikinci rübdə 0,5 faiz azalma qeydə alındığı halda, üçüncü rübdə bu göstərici 0,9 faizə çatıb.
Sənaye məhsullarına investisiyalar 1,8 faiz, tikinti sektoruna investisiyalar isə 0,9 faiz azalıb. Bunun əksinə olaraq, ev təsərrüfatlarının istehlak xərcləri 0,3 faiz artıb. Lakin bu artım digər sahələrdəki geriləməni kompensasiya etməyib.