Fransa iqtisadiyyatı yenidən kiçilib

31.10.2026

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Fransa iqtisadiyyatı 2026-cı ilin üçüncü rübündə 0,1% kiçilib. 

Banco.az xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) ilkin məlumatlarına əsasən, iyul-sentyabr aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki rüblə müqayisədə 0,1% azalıb. Halbuki iqtisadçılar bu dövr üçün 0,1%-lik artım proqnozlaşdırırdılar.

İqtisadi daralmanın əsas səbəbləri ixracın və investisiyaların azalması olub. Belə ki, üçüncü rübdə ixrac 1,7%, ümumi investisiyalar isə 0,6% geriləyib. İdxal isə 0,1% artıb.

Xarici ticarətin iqtisadi artıma töhfəsi mənfi 0,6 faiz bəndi təşkil edib. Xüsusilə nəqliyyat avadanlıqlarının ixracında 9,1%, kənd təsərrüfatı məhsullarının ixracında isə 7% azalma qeydə alınıb.

Digər tərəfdən, ev təsərrüfatlarının istehlakı 0,4% artsa da, bu yüksəliş iqtisadi daralmanın qarşısını almaq üçün kifayət etməyib.

Qeyd edək ki, Fransa iqtisadiyyatı birinci rübdə də 0,2% azalmışdı. Üçüncü rübdə qeydə alınan geriləmə ölkədə iqtisadi artım perspektivləri ilə bağlı narahatlıqları artırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью