Fransa İranın Türkiyəyə raket atmasını qətiyyətlə pisləyib

09.03.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa İranın Türkiyə istiqamətində raket buraxmasını qətiyyətlə pisləyib.

APA-nın xəbərinə görə, Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İranın buraxdığı raket NATO-nun raketdən müdafiə sistemi tərəfindən Türkiyənin hava məkanında zərərsizləşdirilib.

Paris qeyd edib ki, İran region dövlətlərini hədəf alan bu cür əsassız hücumları dayandırmalıdır.

Fransa həmçinin vurğulayıb ki, münaqişəyə onların iradəsi olmadan cəlb olunan müttəfiq və tərəfdaş ölkələrin yanında dayanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью