Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23.06.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı il dünya çempionatında Fransa ilə İraq arasında keçirilən I qrupunun II tur matçında fasilə uzanıb.

Apasport.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsinin startı güclü fırtına xəbərdarlığı səbəbindən gecikib.

Təhlükəsizlik məqsədilə stadiondakı azarkeşlərdən tribunaları boşaltmaları istənilib. Komandaların meydana çıxışı isə hava şəraiti ilə bağlı təxirə salınıb.

Qeyd edək ki, Fransa - İraq oyununda ilk hissədən sonra hesab avropalıların xeyrinədir: 1:0.

“Fənərbaxça”dan 40 milyonluq həmlə: Premyer Liqadan transfer hədəfi Qazaxıstan millisində ayrılıq: Baysufinovun istefası qəbul olundu Berqvall ayrılmaq istəyir: “Tottenhem”də yay vidası TFF-dən Montellaya dəstək - “Biz yola çıxdıqlarımızı...” Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью