Fransa İraq oyunu təxirə salına bilər

21.06.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa - İraq oyunu təxirə salına bilər

DÇ-2026-nın qrup mərhələsində keçiriləcək Fransa - İraq oyunu təxirə salına bilər.

QOL.az "L'Équipe"ə istinadən xəbər verir ki, buna səbəb Filadelfiyada gözlənilən əlverişsiz hava şəraitidir. Sinoptiklər qarşılaşma vaxtı güclü yağış və ildırım ehtimalının yüksək olduğunu bildiriblər.

ABŞ-da tətbiq olunan təhlükəsizlik qaydalarına əsasən, stadion yaxınlığında ildırım qeydə alınarsa, matç dayandırıla və ya başqa vaxta keçirilə bilər.

Qeyd edək ki, Fransa - İraq görüşünün iyunun 23-də Bakı vaxtı ilə saat 01:00-da Filadelfiyadakı "Linkoln Financial Field" stadionunda keçirilməsi planlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью