Fransa İraqı məğlub etdi

23.06.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatında Fransa İraq millisini məğlub edib.

Modern.az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar 3:0 hesabı ilə qələbə qazanıblar.

Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью