Fransa İrəvan vasitəsilə Cənubi Qafqazı anti Türkiyə portfelinə əlavə etmək niyyətindədir …
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bir Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvünün (Fransa) Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistana siyasi, hərbi dəstək verməsi, qabaqcıl texnologiya satması Cənubi Qafqazda təsir dairələrini artırmaq istəyən qüvvələrin İrəvan barədə maraqlarının toqquşduğunu deməyə əsas verir".Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov söyləyib.
O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun üzvü kimi keçmiş münaqişə dövründə Fransanın Ermənistana isti yanaşması hər kəsə məlumdur:"O dövrdə siyasi dəstəklə Azərbaycan torpaqlarının işğalda qalması üçün keçmiş münaqişəni dondurmaq təşəbbüsləri Vətən müharibəsindən sonra Parisin ölkəmizə qarşı anti-Azərbaycan ritorikası ilə əvəzləndi.
Bu qərəzli münasibət isə Emmanuel Makron administrasiyasının bərbad siyasəti nəticəsində ən yüksək formada özünü büruzə verdi.
Cənubi Qafqazdakı yeni reallıqları özünün uzunmüddətli geosiyasi planlarına zidd hesab edən Paris regionda sabitliyi pozmaq, Ermənistanın müdafiə infrastrukturunu gücləndirməklə qüvvələr balansını bərabərləşdirmək üçün Avropa İttifaqı və Cozef Bayden hökuməti vasitəsilə İrəvana hərbi və mailiyə yardımlarını artırdı.
Rusiya-Ukrayna müharibəsindən sonra isə Moskvanın bütün diqqətini savaşa ayırması Qərbin İrəvan üzərindəki təsirlərini daha çox artırdı.
Kollektiv Qərb də anlayırdı ki, indiki halda Ermənistanın hərbi potensialı Azərbaycanla savaşacaq gücə malik deyil.
Bu məqsədlə Ermənistana hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər, artilleriya vasitələri, müasir texnoloji cihazlarını satmaq üçün anlaşmalar edildi".Ekspert Fransanın onunla sərhəddə yerləşməyən, karbohidrogen ehtiyatları ilə zəngin olmayan Ermənistana yardımının məqsədindən bəhs edib:"Burada əsas məsələ Fransanın əsrlərdir Türkiyə və Böyük Britaniya ilə davam edən diplomatik münaqişələri və rəqabətli münasibətidir.
Tam oxu
Xəbəri oxu