Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Fransada işçilərə əlavə 80 avro ödəniş nəzərdə tutulur.
"Cebheinfo.az" xəbər verir ki, Fransa hökuməti işçilərin alıcılıq qabiliyyətini artırmaq məqsədilə “Makron mükafatı” kimi tanınan Dəyərin Bölüşdürülməsi Mükafatının (PPV) şərtlərinə dəyişiklik etməyə hazırlaşır.
Əmək və Həmrəylik naziri Jan-Pyer Farandu mükafat üzrə Ümumi Sosial Ödənişdən (CSG) azadolma müddətinin 2027-ci ilin iyun ayınadək uzadılmasının planlaşdırıldığını açıqlayıb. Təklif olunan dəyişikliklərə əsasən, güzəştin yalnız 50-dən az işçisi olan müəssisələrə deyil, bütün şirkətlərə şamil edilməsi nəzərdə tutulur.
Yeni qaydanın mükafatdan yararlanan işçilərə ildə orta hesabla əlavə 80 avro qazanc gətirəcəyi gözlənilir. Digər tərəfdən, Qabriel Attal işçilərin əməkhaqlarından tutulan CSG ödənişinin ləğv edilməsini təklif edib. O hesab edir ki, bu dəyişiklik bəzi işçilərin aylıq xalis gəlirini 270 avroyadək artıra bilər. Qeyd edək ki, “Makron mükafatı” ilə bağlı nəzərdə tutulan dəyişikliklər hələ qüvvəyə minməyib. Bu mükafat bütün işçilərə avtomatik ödənilmir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin