Fransa: İsmail Aalinin ehtimal edilən qətli və mediadakı səssizlik

29.01.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 29 yanvar, AZƏRTAC

Fransada 20 yaşlı İsmail Aalinin ehtimal edilən irqi motivli qətli ətrafında aparılan məhkəmə istintaqı ilə paralel olaraq, hadisənin mediada zəif işıqlandırılması da ciddi müzakirələrə səbəb olub. Fransız araşdırma və media-tənqid platforması “Arrêt sur Images” bu işi misal gətirərək, irqçi zorakılıq qurbanlarının mediada yetərincə təmsil olunmadığını vurğulayır.

AZƏRTAC xəbər verir ki, platformaya görə, bu cür halların məhdud şəkildə müzakirəyə çıxarılması azlıq qruplarını hədəf alan cinayətlər ətrafında səssizlik hissini daha da gücləndirir. “Arrêt sur Images”ın jurnalistləri hesab edirlər ki, mediada balanslı və davamlı işıqlandırma ictimai şüurun formalaşmasında, həmçinin qurban ailələrinə mənəvi dəstəyin göstərilməsində mühüm rol oynayır. Media bu cür faciələrin cəmiyyət tərəfindən tanınmasına və ciddi qəbul edilməsinə töhfə verməlidir.

Hadisə Lion şəhərində baş verib. Fransanın hüquq-mühafizə orqanları İsmail Aalinin öldürülməsi ilə bağlı bir şəxsə qarşı ittiham irəli sürüb. Səlahiyyətli qurumlar cinayətin irqçi xarakter daşıdığı ehtimalını irəli sürür və araşdırmalar davam edir. Rəsmi mənbələr işin məhkəmə prosedurları çərçivəsində araşdırıldığını, istintaqın bütün detallarının hüquqi qaydada qiymətləndirildiyini bildirir.

Hadisə Fransada medianın məsuliyyəti, irqçilik mövzusu və azlıqlara qarşı zorakılıqların işıqlandırılması ilə bağlı daha geniş ictimai debatları yenidən gündəliyə gətirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью