Fransa İspaniya qarşılaşmasının qalibi kim olacaq? ŞƏRH

14.07.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün DÇ-2026-da yarımfinal mərhələsi start götürəcək. 1/2 finalın ilk matçında Fransa İspaniya ilə üz-üzə gələcək.

İdman eksperti Fuad Eldarov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, ümumi FIFA reytinqinə baxdıqda, İspaniyanın hazırda FIFA sıralamasında Argentinadan sonra ikinci yerdə olduğu görünür:

"Növbəti pillədə isə, yəni üçüncü yerdə Fransa komandasıdır. Turnir başlamazdan əvvəl 100-də 45 faiz Fransanın çempion olacağını hər kəs gözləyirdi. İspaniyanı da nəzərə alaq ki, dörddəbir finalda Portuqaliya kimi çətin rəqibi çətinliklə mübarizədən kənarlaşdıraraq yarımfinala çıxdı. Bu da bu oyunun çox maraqlı olacağını bizə əvvəlcədən deyir. Amma mən deyərdim ki, yarımfinal qarşılaşmasında Fransa fürsəti əldən verməyəcək. Finala yüksəlmək üçün əlindən gələni edəcək. Bundan əvvəlki dünya çempionatını da göz önünə gətirsək, Fransa çox maraqlı, çox gözəl bir oyunda Argentinaya uduzdu və dünya çempionatının gümüş medalı ilə kifayətləndi. Növbəti dünya çempionatında da fəxri mükafata iddialıdır".

Həmsöhbətimiz vurğuladı ki, Fransanın heyətində, əsasən PSJ-də oynayan futbolçular var:

"Kilian Mbappe, Maykl Olise, Usman Dembele. Hər biri komandanın əsas heyətində olan futbolçulardır. Yəni hazırda da ən yaxşı dövrlərini keçirdirlər. Amma müdafiəyə də nəzər yetirsək, Fransa komandasının müdafiəsi də çox iddialıdır. Əsasən hücumlar zamanı ön xəttə dəstək verən bir müdafiəyə sahibdir.

İspaniya da son Avropa çempionudur. Əsasən gənclərdən ibarət heyətə malikdirlər və sürətli oyuna daha çox üstünlük verirlər. Bu oyun çox maraqlı olacaq, bol qollu olacağını gözləyirəm. Dəqiq hesabı, əlbəttə ki, əvvəlcədən deyə bilmərəm. Amma mənim düşüncəmə görə, Fransa komandası bu qarşılaşmada İspaniyaya nəzərən daha üstündür və finala da daha yaxın kimi görünür. Bu mənim fikrimdir. Yəni hər iki komanda çox yaxşı oyun üslubuna malikdir və əmin ola bilərik ki, azarkeşləri bu axşam dünya çempionatının yarımfinalında çox maraqlı bir oyun gözləyir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью