Fransa İsrail oyunundan öncə təhlükəsizlik tədbirləri gücləndirilib

14.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Fransa və İsrail yığmaları arasında keçiriləcək matçdan öncə "Stade de France" stadionunda təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, azarkeşlərin hər hansı müdaxiləsinin qarşısını almaq üçün stadionun meydanı tikanli hasarlarla əhatə olunub.

Qeyd edək ki, bu gün keçiriləcək Fransa - İsrail görüşünə 20 min bilet satılıb. Komandalar arasında III turun matçında Fransa yığması 4:1 hesablı qələbə qazanıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью