Fransa İsrail oyununun keçiriləcəyi stadionda barmaqlıqlar quraşdırıldı

14.11.2024

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Millətlər Liqasının 5-ci turunun Fransa - İsrail oyunu öncəsi “Stad de Frans” stadionunda təhlükəsizlik tədbirləri gücləndirilib.

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Azarkeşlərin içəri girməməsi üçün stadionun meydançası çivili barmaqlıqlarla hasarlanıb. 

Fransa - İsrail oyunu bu gün keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək. 80 mindən çox tamaşaçı tutumuna malik "Stade de Frans" stadionuna cəmi 20 min azarkeş buaxılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью