Fransa İsrailə görə BMT TŞ nin iclasını tələb etdi

31.05.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa İsrailin Livandakı əməliyyatlarını genişləndirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Fransa xarici işlər naziri Jan-Noel Barro İsrailin bu addımını ciddi səhv adlandırıb:

“İsrailin Livandakı hərbi əməliyyatlarının davam etməsini və Livan ərazilərinin getdikcə daha dərin işğalını heç nə əsaslandıra bilməz. İsrail əməliyyatlarının bu qədər genişləndirilməsi beynəlxalq hüquqa və Təl-Əvivin maraqlarına və təhlükəsizliyinə ziddir. Bombalanan, işğal olunan hər kənd, öldürülən hər mülki şəxs nəticə etibarilə Hizbullahı gücləndirir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью