Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Ukraynaya kəşfiyyat məlumatlarını verməyə hazırdır.
Reyting.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastian Lecornu martın 5-də ABŞ-nın Ukrayna ilə kəşfiyyat məlumatları mübadiləsini dayandırdıqdan sonra deyib.
“Bizim kəşfiyyatımız suverendir, öz imkanlarımızla əldə olunur. Biz bunu ukraynalılara təhvil veririk”, - nazir əmin edib.
Qeyd edək ki, ABŞ bütün kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşmağı dayandırıb. “Sky News”-in məlumatına görə, martın 5-dən bütün məlumat mübadiləsi dayandırılıb. Bu səbəbdən Ukrayna HIMARS-ı hədəf almaq üçün məlumatların qəbulunu dayandırıb.
“Economist” nəşrinin əməkdaşı Oliver Karroll qeyd edib ki, Ukrayna uzaq məsafədən zərbələr üçün real vaxt məlumatı ala bilmir.
E. KAMAL