Fransa Kiyevə generatorlar bağışladı

21.02.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris meri Anne Hidalqo Ukraynada münaqişənin başlanğıcından bəri altıncı dəfə Kiyevə səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün teleqram kanalında məlumat verib.

"Fransız dostları Kiyev üçün elektrik böhranı şəraitində çox vacib olan generatorlar gətiriblər. Bu gün 4 generator aldıq. Yaxın günlərdə daha dörd generator gözləyirik. Hər birinin gücü 112 kVt-dır", - deyə o yazıb.

Kliçko Hidalqoya təşəkkür edərək ona "Şərəf ordeni"ni təqdim edib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью