Fransa klubları 34 ildir bunu bacarmırdı

30.04.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Arsenal”ı məğlub edən (1:0) PSJ Fransa klublarının uzun müddətdir bacarmadığını reallaşdırıb.

QOL.az xəbər verir ki, parislilər 1991-ci ildən sonra turnirin yarımfinal mərhələsində səfərdə qələbə qazanan ilk Fransa komandası olub. Sonuncu dəfə “Marsel” Moskva “Spartak”ına səfərdə qalib gəlib - 3:1.

Qeyd edək ki, “Arsenal” ilə PSJ arasında cavab görüşü mayın 7-də Parisdə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью