Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq Fransa Liqa 1-in iki klubuna təklif olunub.
Moderator.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
31 yaşlı vinger üçün mümkün variantlardan biri "Havr" olub. Lakin Fransa klubu futbolçunun xidmətində maraqlı olmayıb. Adı açıqlanmayan digər Liqa 1 təmsilçisi də Sterlinqi heyətinə qatmaq istəməyib.
Sterlinq sentyabr ayında təhlükəli avtomobil idarə etmək və azot oksidindən istifadə ilə bağlı ittihamları qəbul edib.
Karyerası ərzində "Liverpul", "Mançester Siti", "Çelsi", "Arsenal" (hamısı İngiltərə) və "Feyenoord" (Niderland) kimi klubların formasını geyinən Sterlinq hazırda özünə yeni klub axtarır.