Fransa klubu 6 yaşlı uşağın stadiona gəlməsini yasaqladı

03.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Fransanın "Havr" klubu 6 yaşlı azarkeşinin stadiona gəlməsini yasaqlayıb.

Fanat.Az xəbər verir ki, buna həmin uşağın tribunada oynayarkən dostuna atdığı karton stəkanların və kağız dairələrin qazonun kənarına düşməsi səbəb olub. 

Belə ki, oyunun nümayəndəsi yerdəki əşyaları matçın protokolunda yerli azarkeşlərin adına yazıb. Videogörüntülərə baxılandan sonra kimliyi müəyyənləşdirilən balaca oğlanın və onun valideynlərinin ayyarım müddətinə stadiona gəlmələri qadağan edilib.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью