Fransa klubu baş məşqçisi ilə yolları ayırıb

18.06.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Nitsa" baş məşqçisi Klod Pyuellə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı paylaşım edib. 

Klub rəhbərliyi ötən ilin noyabrında komandanın "sükanı arxasına" keçən 64 yaşlı mütəxəssislə əməkdaşlığa son qoymaq qərarına gəlib.

Pyuelin rəhbərliyi altında "Nitsa" 27 oyun keçirib. Bu qarşılaşmalarda səkkiz qələbə, on heç-heçə və doqquz məğlubiyyət qeydə alıb.

Qeyd edək ki, "Nitsa" başa çatan mövsümdə Liqa 1-də 16-cı yeri tutub. Elitada qalmaq uğrunda keçirilən pley-off matçında isə "Sent-Etyen"i məğlub edərək Liqa 1-də yerini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью