Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2 yə yüksəlib

08.08.2025

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın "Bulon" klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib.

Bu barədə Fransa Futbol Federasiyası qərar verib.

"Ayaçço" maliyyə problemlərinə görə cəzalandırılıb. Klub apellyasiya şikayəti verəcəyini vəd etsə də, bunu etməyib.

Beləliklə, "Bulon" Liqa 2-də iştirak hüququ əldə edib. Lakin komandanın ilk turdakı matçı təxirə salınıb.

Qeyd edək ki, bu turnirdə yeni mövsümə avqustun 9-da start veriləcək.

///report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью