Fransa klubu İmmobileni transfer etmək istəyir

31.01.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Bolonya”nın futbolçusu Ciro İmmobile karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Paris” klubu 35 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Paris” və “Bolonya” futbolçunun keçidindən anlaşıb. Yekun qərarı İmmobile verəcək.

İtaliyalı hücumçu bu mövsüm 9 oyuna çıxıb və qol vura bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью