Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa klubu "Monako" İtaliya təmsilçisi "Napoli"nin hücumçusu Romelu Lukakunu heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Nikolo Skira yayıb.
Məlumata görə, "ağ-qırmızı"lar Belçika millisinin 33 yaşlı üzvü ilə bağlı "Napoli"yə sorğu göndərib
Bildirilib ki, Lukaku bu yay Türkiyə klublarından aldığı təklifləri geri çevirib.
Təcrübəli hücumçunun "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, Romelu ötən mövsüm İtaliya klubunun heyətində 6 oyunda 1 qol vurub.
Əlisahib İbrahimli