Fransa klubu Medinanı istəyir

01.07.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Marsel “Lens”in müdafiəçisi Fakundo Medinanı transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı argentinalının transferi ilə bağlı iki klub arasında danışıqlar davam edir. Transfer məbləğinin 22 milyon avro olacağı gözlənilir.

Müqavilə 5 il müddətinə imzalanacaq.

2024/25 mövsümündə Medina “Lens” üçün 31 matçda 1 məhsuldar ötürmə edib. 

“Transfermarkt” futbolçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью