Fransa klubu norveçli mütəxəssisə tapşırıldı

20.12.2024

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransanın "Sent-Etyen" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, ötən həftəsonu Olivye Dalloqlio istefaya göndərən Liqa 1 təmsilçisi vakant posta Erik Hornelandı təyin edib.

Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

"Yaşıllar" norveçli mütəxəssislə 2027-ci ilə qədər müddətə müqavilə imzalayıb.

Qeyd edək ki, Eirik Horneland "Sent-Etyen"də yeni vəzifəsində debütünü yanvarın 4-də "Reyms"lə ev oyununda edəcək.

15 oyunda 13 xal toplayan "Sent-Etyen" hazırda Fransa çempionatının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. 

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью