Fransa klubu ona “elçi düşdü”

12.11.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

PSJ Xviça Kvaratsxeliyanın ağır zədəsindən sonra hücum xəttini gücləndirmək üçün “Bavariya”nın 29 yaşlı vingeri Luis Diası hədəfə alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Foot01” nəşri məlumat yayıb. Paris təmsilçisinin rəhbərliyi qış transfer pəncərəsi ərəfəsində kolumbiyalı futbolçunun namizədliyini müzakirə edib.

Transferin baş tutmasına “Bavariya”nın mövqeyi də maneə yarada bilər. Belə ki, Münhen klubunun baş direktoru Yan-Kristian Drezen yayda Diasın komanda üçün əvəzolunmaz olduğunu vurğulayaraq onun satışını qətiyyətlə istisna etmişdi.

Qeyd edək ki, PSJ-nin yeni vinger axtarışına çıxmasına səbəb Kvaratsxeliyanın Çempionlar Liqasında “Barselona”ya (4:2) qarşı matçda sağ dizinin ön çarpaz bağlarının qopması və əməliyyat olunmasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью