Fransa klubu yapon futbolçu ilə anlaşdı RƏSMİ

04.03.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Yaponiyalı yarımmüdafiəçi Takumi Minamino Liqa 1 təmsilçisi "Monako" ilə müqaviləsinin müddətini uzadıb. 

Fanat.Az xəbər verir ki, bu barədə knyazlıq klubunun mətbuat xidməti məlumat yayıb. 

"Monako"ya iki il yarım əvvəl, 2022-ci ilin yayında "Liverpul"dan keçın 30 yaşlı Takuminin yeni anlaşmasının müddəti 2027-ci ilin yayına qədərdir. 

Bu mövsüm o, 33 oyuna çıxıb. Bu görüşlərdə 6 qol vurub və 5 məhsuldar ötürmə edib. 
Hazırda "Monako" Fransa Liqa 1-də 43 xalla 4-cü pillədə qərarlaşıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью