Fransa klubunda ağır itki

21.04.2026

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

PSJ-nin zədəli futbolçusu Vitinyanın ilkin vəziyyəti məlum olub.

"Football-plus.az" xəbər verir ki, Fransa klubunun 26 yaşlı yarımmüdafiəçisi Liqa 1-in 30-cu turunun “Lion”la ev oyununda (1:2) sıradan çıxmışdı. Oyunçuya sağ daban zədəsi diaqnozu qoyulub. Onun müalicəsinə yaxın günlərdə başlanacaq.
Vitinyanın zədələnməsi parislilər üçün ciddi problemə çevriləcək. Komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununu aprelin 28-də “Bavariya”ya qarşı keçirəcək.
Yeri gəlmişkən, Vitinya bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью