Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Roberto De Zerbi işini itirib.
"Football-plus.az" xəbər verir ki, “Marsel” baş məşqçi ilə yolları ayırıb. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb. “Marsel” rəhbərliyi italyan mütəxəssislə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Bu qərar 2025/26 mövsümündə Fransa Liqa 1-in 21-ci turunda PSJ-yə 0:5 hesablı məğlubiyyətlə əlaqələndirilib.
De Zerbi “Marsel”i 2024/25 mövsümündən çalışdırırdı. Komanda hazırda Liqa 1-də 21 oyuna 39 xalla 4-cü yerdədi və lider PSJ-dən 12 xal geri qalır.