Fransa klubundan Beşiktaş a rədd cavabı

19.06.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Beşiktaş" "Marsel"in yarımmüdafiəçisi Pyer-Emil Hyöyberqi transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

İstanbul nəhəngi danimarkalı futbolçu üçün 10 milyon avroluq təklif göndərib. Fransa klubu bu təklifə rədd cavabı verib. Onlar 30 yaşlı dayaq yarımmüdafiəçisinin satışından daha çox gəlir əldə etmək istəyirlər.

Qeyd edək ki, "Marsel" Pyer-Emil Hyöyberqi 2024-cü ilin yayından "Tottenhem"dən transfer edib. Danimarka millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью