Fransa klubunu Qarabağla oyunda 150yə yaxın azarkeş dəstəkləyəcək

27.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanın "Lion" klubunu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçında 150-yə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, qonaq komandanın 120-150 fanatının tribunada yer alacağını bildirib.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью