Fransa klubunun futbolçusu Bundesliqa təmsilçisinə transfer olunub

24.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Almaniya Bundesliqası təmsilçisi "Ayntraxt" Fransanın "Marsel" klubunun hücumçusu Elie Vaini heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə frankfurtluların mətbuat xidməti məlumat yayıb.

Fransanın U-21 millisinin üzvü yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Elie Vai cari mövsüm "Marsel"in heyətində 13 oyunda 3 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью