Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
74 yaşlı Pyer Ferracci "Paris" klubunun prezidenti vəzifəsindən ayrılır. Sport24.az xəbər verir ki, bu barədə "Fiqaro" nəşri məlumat yayıb.
Onu milyarder Bernar Arnonun oğlu Antuan Arno əvəz edəcək. Ferracci isə fəxri prezident vəzifəsini tutacaq.
Bu dəyişikliyin noyabrın 9-da keçiriləcək Direktorlar Şurasının iclasında təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, Ferracci 2012-ci ildən bəri kluba rəhbərlik edirdi. Onun rəhbərliyi dövründə "Paris" 2025/26 mövsümü üçün Liga- 1-ə (Fransa çempionatının yüksək divizionu) vəsiqə qazanıb. Paytaxt klubu 46 ildən sonra yenidən elitaya qayıdıb. divizionuna qayıtması deməkdir.