sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Marsel" futbol klubunun rəsmi mağazası talançıların hədəfinə çevrilib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dəymiş ziyan səbəbindən satış nöqtəsi müvəqqəti olaraq bağlanıb.
Klubdan verilən açıqlamada deyilir:
"Canebière" küçəsində yerləşən rəsmi mağazamızda baş verən zorakılıq və talançılıq hallarını qətiyyətlə pisləyirik. Hadisə nəticəsində ciddi maddi ziyan dəyib və bu, bizi mağazanı müvəqqəti olaraq ziyarətçilər üçün bağlamağa məcbur edib. Bununla belə, azarkeşlər şəhərdəki digər rəsmi mağazalarımıza baş çəkməyə davam edə bilərlər".
Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində artan yanacaq qiymətlərinə və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib.