Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Fransa kubokunun 1/8 final mərhələsinin “Lion” və “Laval” klubları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Groupama” stadionunda (Lion, Fransa) oynayıblar. Ev sahibi komanda 2:0 hesablı qələbə qazanıb.
80-ci dəqiqədə “Real Madrid”dən icarəyə götürülmüş hücumçu Endrik matçın ilk qolunu vurub. 90+4-cü dəqiqədə portuqaliyalı hücumçu Afonso Moreyra ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb.
Endrik bununla Fransa klubunda bütün yarışlarda beşinci qolunu vurub.
Fransa Kubokunun 1/8 final mərhələsinin digər oyunlarında nəticələr belə olub:
“Nitsa” – “Monpelye” 3:2
“Loryan” – “Paris” 2:0
“Tuluza” – “Amyen” 1:0