Fransa Kuboku: PSJ rəqibinə rəhm etmədi

27.02.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Fransa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Brest” öz meydanında “Dunkerk”ə məğlub olaraq azarkeşlərini üzüb. PSJ isə qonaq qismində “Brioşen”i 7 cavabsız qolla yenərək adını yarımfinala yazdırıb.

Daha öncə “Anje” və “Kann” da növbəti mərhələyə yüksəlmişdilər.

Yarımfinal cütləri püşklə müəyyənləşəcək.

Fransa Kuboku
1/4 final
26 fevral

Brest Dunkerk 2:3
Qollar: Laqe, 45. Yussuf, 59-öz qapısına – Sasso, 65. Sanqante, 80; 84.

Brioşen PSJ 0:7
Qollar: Neveş, 16. Q.Ramos, 36; 48; 58. Due, 55. Mayulu, 66. Dembele, 85.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью