Fransa lazer silahı yaradır: Raketləri belə məhv edəcək

05.09.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Müdafiə Nazirliyi tezliklə yüksək güclü lazer silahının analoqunu yaratmağa başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Müdafiə Nazirliyi artıq MBDA, “Safran Electronics & Defence”, “Thales” və CILAS konsorsiumu ilə tapşırığı yerinə yetirmək üçün müqavilə imzalayıb. Dronlarla mübarizə üçün nəzərdə tutulan sistem “Syderal” adlanır.

Qeyd olunur ki, lazer silahı taktiki PUA-ları, həmçinin raketləri və idarə olunan hərbi sursatları məhv edəcək. “Syderal” sistemi həm gecə, həm də gündüz döyüş tapşırıqlarını yerinə yetirə biləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью