Fransa Liqa 1 i tərk edən ilk klub bilindi

27.04.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2011/12 mövsümünün Fransa çempionu “Monpelye” gələn mövsümü Liqa 2-də keçirəcək.

Futbolpress.az xəbər verir ki, Fransa Liqasının 31-ci həftəsinin oyununda pley-off zonasında yer alan (16-cı yer) “Havr” “Monako” ilə heç-heçə edərək xal ehtiyatını 28-ə çatdırıb. 18-ci pillədə qərarlaşan “Monpelye”nin çempionatın bitməsinə 4 tur qalmasına baxmayaraq, elitadan gedəcəyi dəqiqləşib.

Klub sonuncu dəfə 2008/09 mövsümündə Fransa İkinci Divizionunda mübarizə aparıb. Komanda bu günə qədər yeganə ölkə çempionluğunu 2012-ci ildə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью