Fransa Liqa 1: “Lion” “Mets”i darmadağın etdi YENİLƏNİR

25.01.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Fransa Liqa 1-in 19-cu turu çərçivəsində “Mets” “Lion”u qəbul edib.

İdman.Biz xəbər verir ki, gərgin keçən oyunda qapılara yeddi qol vurulub.

Matçda hesabı 11-ci dəqiqədə Endrik açıb. Onun növbəti qollar 45+1 və 87-ci dəqiqədə gəlib. 16-cı dəqiqədə Ruben Kluivert “Lion”un ikinci qolunu vurub. 32-ci dəqiqədə Teyler Morton hesabı 3:0 edib. Metsin qolarını isə 34-cü dəqiqədə Koffi Kouao və 64-cü dəqiqədə Habib Diallo vurub.

“Paris” – “Anje” qarşılaşmasında qapılar toxunulmaz qalıb.

“Brest” – “Tuluza” oyununda qonaqlar iki cavabsız qolla qalib gəliblər.

“Nant” – “Nitsa” oyununda qapılara beş qol vurulub və oyun 1:4 hesabı ilə başa çatıb. Mohammed-Ali Ço “Nitsa”nın heyətində dubla imza atıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью