futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa Liqa 1-də I turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, son çempion PSJ mövsümün ilk matçında səfərdə “Renn” ilə qarşılaşıb. Görüşdə məhsuldar bərabərlik qeydə alınıb – 2:2.
Səfərdə çıxış edən digər komandalar isə qələbə ilə ayrılıblar. “Lill” “Anje”ni (2:0), “Monako” isə “Lavr”ı minimum hesabla (1:0) məğlub edərək 3 xalı aktivinə yazdırıb.
Qeydə alınan nəticələr:
Fransa Liqa 1
I tur
23 avqust
Anje – Lill 0:2
Lavr – Monako 0:1
Renn – PSJ 2:2