Fransa Liqa 1: “Trua” “Le Man”ı məğlub edib

01.11.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa Liqa 1-in doqquzuncu turunda “Trua” və “Le-Man” komandaları qarşılaşıblar. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Stad de l'Ob” stadionunda keçirilən matçda ilk qolu 33-cü dəqiqədə Muhamed Diop vurub. 71-ci dəqiqədə İsmayıl Bura hesab arasındakı fərqi artırıb.

“Trua”nın heyətində “Zirə”nin sabiq yarımmüdafiəçisi İron Qomis də yer alıb. Futbolçu qarşılaşmanın ehtiyat oyunçuları siyahısına daxil edilib.

Bu qələbədən sonra “Trua” səkkiz xalla turnir cədvəlində 15-ci, “Le-Man” isə yeddi xalla 17-ci yerdə qərarlaşıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью