Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Fransa Liqa 1-də PSJ və "Lion"un qarşılaşdığı 15-ci turun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Parisdəki "Park de Prens" stadionunda baş tutub. PSJ 3:1 hesabı ilə qalib gəlib.
Qarşılaşmada hesab artıq səkkizinci dəqiqədə açılıb, PSJ-nin hücumçusu Usman Dembele fərqlənib.
14-cü dəqiqədə Vitinya penaltidən oyunda fərqi ikiyə çatdırıb. 40-cı dəqiqədə Georgi Mikautadze bir qolun əvəzini çıxıb.
88-ci dəqiqədə Paris klubunun hücumçusu Qonsalu Ramos komandasının 3-cü qolunu vurub.
PSJ Fransa Liqa 1-in turnir cədvəlində 15 oyundan 37 xal toplayıb. "Lion" 15 oyundan sonra 25 xal toplayıb və beşinci yerdədir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.