Fransa Livandakı strateji nöqtələrə sülhməramlılar yerləşdirməyə hazırdır

14.02.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) bağlı fransız sülhməramlılarının İsrailin təhlükəsizliyinə təhdid hesab etdiyi Cənubi Livanın strateji nöqtələrinə yerləşdiriləcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Əxbar qəzeti Beyrutdakı hökumət mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, Paris bu təşəbbüsü Livan fevralın 18-də başa çatacaq atəşkəs sazişi çərçivəsində bəzi sərhəd bölgələrində İsrail hərbçilərinin mövcudluğunu uzatmaqdan imtina etdikdən sonra gündəmə gətirib.

Yayımda Fransanın bu bölgələrə Fransanın 700 nəfərdən ibarət (UNIFIL) bölməsinin əsgərlərinin yerləşdirilməsini təklif etdiyi bildirilib. BMT-nin baş katibi Antonio Quterreş Paris təşəbbüsünü dəstəkləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью