Fransa Makronu ölümlə hədələyəndən sonra istintaqa başlayıb...

08.08.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın hüquq-mühafizə orqanları YouTube-da yayımlanan videoda ravvin Devid Daniel Koenin prezident Emmanuel Makrona qarşı təhdidlərindən sonra araşdırmaya başlayıb.

SİA-nın məlumatına görə, bu barədə Agence France-Presse (AFP) Paris prokurorluğuna istinadən yazıb.

…İstintaq respublika prezidentinin ölümlə hədələnməsi ilə bağlı başlayıb, - deyə agentlik idarənin bəyanatından sitat gətirir.

Video Fransa daxili işlər naziri Bruno Retaillonun diqqətinə çatdırıldıqdan sonra iş açılıb.

Prokurorluqdan bildirilib ki, istintaqın aparılması məhkəmə polisinin cinayət-axtarış briqadasına həvalə edilib.

AFP-nin məlumatına görə, İsraildə olduğu ehtimal edilən ravvin videoda Makronu fransızca sərt şəkildə tənqid edərək, onun Fələstin dövlətini tanımaq qərarından narazılığını ifadə edib.

Xatırladaq ki, Makron iyulun 24-də Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib. Prezident bunu sentyabrda BMT Baş Assambleyasının sessiyasında etməyi planlaşdırır.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью