Fransa Makronun istefasını tələb edir: Getməlidir

14.12.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa parlamentindəki “Fəth edilməyən Fransa” partiyasının lideri Matilde Pano  ölkə prezidenti Emmanuel Makronun istefasını tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

Pano Makronun istefası tələbini ölkənin yeni baş naziri Fransua Bayronun təyin edilməsi ilə əlaqələndirib. O, baş nazirə etimadsızlıq səsverməsi verməyi planlaşdırdığını açıqlayıb.

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot da analoji tələblə çıxış edib. O, Bayrounun “ultra-atlantik”, “COVID-19-a qarşı məcburi peyvənd, poçtla səsvermə istəyən NATO tərəfdarı olduğunu söyləyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью