Fransa: Marsel hava limanı meşə yanğınları səbəbindən bağlanıb

08.07.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 8 iyul, AZƏRTAC

Fransada meşə yanğınlarına görə Marsel şəhərinin hava limanı bağlanıb. “Miramas” şəhəri ilə “L'Estaque” liman şəhəri arasında dəmir yolu xətti kəsilib və sakinlərə evdə qalmaları tövsiyə olunub.

AZƏRTAC xəbər verir ki, Marselin şimal ətrafında yerləşən "Pennes-Mirabeau” kommunasında davam edən yanğın səbəbindən Marsel Provans hava limanı tamamilə bağlanıb. Hava limanına eniş etməyə hazırlaşan 4 təyyarə geri dönmək məcburiyyətində qalıb.

Yanğını idarə etmək üçün 170-dən çox yanğınsöndürən və 62 yanğınsöndürən maşın səfərbər olunduğu bildirilir. Qeyd edilir ki, külək saatda 40 kilometr sürətlə əsir və yaxın saatlarda küləyin sürəti saatda 75 kilometrə çatacağı gözlənilir.

“Aude” departamentində ən azı 2000 hektar ərazini əhatə edən meşə yanğınları olması barədə məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью