Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Fransanın aparıcı media qurumları internet saytlarına keçidlərin azalmasına səbəb olan “Google”un süni intellektlə hazırlanan axtarış xülasələrindən (məsələn, Google AI Overviews və ya digər sistemlərdən) şikayətlənib.
"Cebheinfo.az" xəbər verir ki, 300-dən çox yerli və milli fransız media qurumunu təmsil edən “APIG”dən (APIG (Alliance de la Presse d'Information Générale) Fransanın 300-dən çox yerli və milli mətbuat qurumunu təmsil edən ümumi informasiya mətbuatı alyansıdır) verilən açıqlamaya görə, təşkilat “Google” axtarış sistemində süni intellekt tərəfindən yaradılan xülasələrin istifadəsinə qarşı Fransa Rəqabət Qurumuna müraciət edib.
“APIG” hesab edir ki, “Google”-un süni intellektlə hazırlanan xülasələri istifadəçilərin axtarış davranışına təsir göstərir və xəbər mənbələrinə birbaşa keçidləri azaldır.
Bu vəziyyət media qurumlarının həm auditoriyasına, həm də reklam və digər rəqəmsal gəlirlərinə mənfi təsir göstərir. Fransız media qurumları süni intellekt texnologiyalarının geniş yayılması fonunda axtarış sistemlərində görünürlüklərini və gəlirlərini qorumağa çalışırlar. Süni intellektlə dəstəklənən axtarış sistemləri rəqəmsal dünyada yeni mərhələ yaradıb.
Artıq istifadəçilər axtardıqları məlumatı müvafiq internet səhifəsinə daxil olmadan, birbaşa axtarış sistemində əldə edə bilirlər. Bu isə xəbər və media saytlarına keçidlərin, nəticədə isə onların trafik və gəlirlərinin azalmasına səbəb olur.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin