Fransa millisi 1/6 final oyununa ciddi itki ilə çıxa bilər SON DURUM

29.06.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa millisinin və "İnter"in hücumçusu Markus Türam dünya çempionatının 1/16 final mərhələsində İsveçlə qarşıdakı oyunu buraxa bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı Fransanın "Lequipe" nəşri yayıb. 

Mənbənin məlumatına görə, hücumçu baldır əzələsində ağrı hiss edir və buna görə də bazar günü keçirilən məşqdə iştirak etməyib. Fransa millisinin məşqçilər heyəti hücumçunun sağlamlığını riskə atmaq istəmir, ona görə də onun iştirakı ilə bağlı qərar oyun ərəfəsində veriləcək. 

Bu xəbər "İnter" üçün də böyük əhəmiyyət kəsb edir, çünki klub Türamın zədəsinin ciddi olmayacağına və tezliklə tam məşqlərə qayıdacağına ümid edir. 

Markus ötən mövsüm İtaliya çempionatında bütün yarışlarda 44 oyun keçirib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью