Fransa millisi çətinliklə İslandiyaya qalib gəlib

10.09.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün DÇ-2026-nın seçmə mərləsində Azərbaycanla eyni qrupda yer alan Fransa və İslandiya mililəri üz-üzə gəliblər.

İdman.biz xəbər verir ki, oyun Parisdəki “Park de Prens” stadionunda keçirilib.

Matçda hesabı 21-ci dəqiqədə qonaqlardan Qudyonsen açıb – 0:1.

İlk hissənin 45-ci dəqiqəsində Killian Mbappe penaltidən hesabı bərabərləşdirib – 1:1.

62-ci dəqiqədə Barkola fransızları irəli çıxarıb – 2:1.

68-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Çuameni qırmızı vərəqə alaraq meydançanı tərk edib.

88-ci dəqiqədə Qudyonsenin vurduğu qol VAR müdaxiləsindən sonra hesaba alınmayıb.

Oyun fransızların minimal üstünlüyü ilə başa çatıb - 2:1.

Hazırda bu millilərin oynadığı D qrupuna Fransa 4 xalla liderlik edir. İslandiya fransızlarla eyni qədər xal toplayıb. Azərbaycan və Ukraynanın hərəyə 1 xalı var.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью